AZ

İran prezidenti İsrailə xəbərdarlıq etdi: Cavab verəcəyik, amma...

İran prezidenti Məsud Pezeşkian atəşkəs rejimini qəbul etdikləri təqdirdə İsrailin hücumlarına cavablarının dəyişə biləcəyini deyib.

Publika.az xəbər verir ki, Pezeşkian paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasında çıxış edib.

O, İsrailə qarşı mümkün cavab tədbirləri ilə bağlı açıqlama verərək, ölkəsinə qarşı hücuma cavab verəcəklərini bildirib. Lakin qeyd edib ki, İsrail bölgədəki təcavüzünü dayandırıb atəşkəsi qəbul edərsə, bu cavabın növü və şiddəti dəyişə bilər.

"Atəşkəsin bərqərar olunması, günahsız qadın və uşaqların öldürülməsinin dayandırılması ümidi ilə mülayim davransaq da, İsrail cinayətlərini gücləndirdi", - deyə Pezeşkian əlavə edib.

Seçilən
19
publika.az

1Mənbələr