AZ

Şimali Koreya qoşunları ilə Ukrayna hərbçiləri arasında ilk toqquşma – Tərəflər Kurskda qarşıdurmaya giriblər

Şimali Koreya qoşunları artıq Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşə girib.

Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko “Telegram”-da bildirib.

“KXDR-in ilk hərbçiləri artıq Kursk vilayətində atəşə tutulub”, – Kovalenko bildiribş

O, qarşıdrumanın təfərrüatlarıyla bağlı əlavə məlumat verməyib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Şimali Koreyanın Rusiyaya 10 minə yaxın hərbçi göndərdiyini təsdiqləmiş və Şimali Koreya qoşunlarının yaxın günlərdə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edə biləcəyini bildirmişdi.

“AzPolitika.info”

Seçilən
15
50
azpolitika.info

10Mənbələr