AZ

Lavrov Quterreşi BMT Nizamnaməsinə əməl etməyə çağırıb

“BMT-nin baş katibi Antonio Quterreş qurumun mətbuat katibi Stefan Düjarrikə katibliyin beynəlxalq hüququn təfsiri məsələlərində mövqeyini daha aydın izah etməyi tapşırmalıdır”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gələcəyin yaradılması” beynəlxalq elmi simpoziumda deyib: “Baş katib öz rəsmi nümayəndəsini BMT Katibliyi tərəfindən beynəlxalq hüququn şərhini daha aydın şəkildə təqdim etməyə təşviq etməlidir”.  Lavrov bunu Katibliyin Ukrayna ətrafındakı vəziyyətlə bağlı BMT Nizamnaməsinin müddəalarına müraciət etmək üçün seçici yanaşmasını şərh edərkən bildirib: “BMT Nizamnaməsi tam oxunmalıdır, nəinki  bu münaqişədə mütləq vurğulamaq istədiyiniz hissə.  BMT Nizamnaməsinin elə ilk maddəsində deyilir: irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər kəs insan hüquqlarına, istənilən şəxsin hüquqlarına hörmət etməyə borcludur. Bu, həm də BMT Nizamnaməsidir və baş katibin onu Ukrayna münaqişəsi ilə bağlı rəhbər tutmasını tələb edir. Mən cənab Quterreşin rəsmi nümayəndəsindən Ukraynada həyatın bütün sahələrində rus dilinin qanunvericiliklə məhv edilməsinə aid bir şərh eşitməmişəm”,-deyə Lavrov bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr