aytaxtın Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayının həyətindəki kütləvi dava ilə bağlı ərazi üzrə müvafiq polis şöbəsində araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.
"Qeydə alınan insidentdə iştirak edən şəxslər müəyyən olunub və izahatları alınıb",- deyə E.İbrahimov əlavə edib.
Məhərrəm Əliyev
***
Bakıda məşhur restoranda kütləvi dava düşüb.
Bakuinfo.net xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, paytaxtın Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayının həyətində bir qrup şəxs arasında mübahisə yaranıb, daha sonra əlbəyaxa davaya çevrilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Həmin görüntüləri təqdim edirik: