AZ

İrəvandan sərhəd açıqlaması: “Zəngəzurdan başlaya bilərik”

Sərhədin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsi Sünik vilayətində (Zəngəzur) keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spiker delimitasiya prosesinin hansı ərazidə davam etdiriləcəyi ilə bağlı sualı da cavablandırıb:

“Hər şey mümkündür. Davam etmək üçün əsas ola biləcək müxtəlif arqumentlər, əsaslar, suallar var. Şimalda, cənubda davam etmək mümkündür. Ümumilikdə Sünikdən (Zəngəzur), yaxud daha konkret olan hansısa hissədən başlamaq da mümkündür. Bununla bağlı müzakirələr gedir. 12, 50 və ya 100 kilometrlik sərhədimizin bərpası tariximizin mühüm məsələsidir, bunu həll etsək, hamımız razı olmalı və şükür etməliyik”.

Azərbaycanla danışıqların gedişindən danışan Simonyan qeyd edib:

“Bir çox ikitərəfli məsələləri həll etməmişik, siyasi iradə olarsa, bütün bu məsələləri həll etmək olar. Hesab edirəm ki, davam edən müzakirələr də buna yönəlib”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
22
2
teleqraf.com

3Mənbələr