AZ

ABŞ-da seçki təhlükəsizliyi gücləndirilir: Dronlar və snayperlər seçki məntəqələrini qoruyacaq

ABŞ hakimiyyəti seçki rəsmilərinə qarşı artan təhdidlər və mümkün iğtişaşlar səbəbindən ölkədə bəzi seçki məntəqələrində təhlükəsizlik tədbirlərini ciddi şəkildə gücləndirmək qərarına gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Görülən tədbirlər arasında pilotsuz təyyarələrin istifadəsi, həyəcan düymələrinin quraşdırılması və bir sıra şəhərlərdə seçki məntəqələri və səsvermə mərkəzlərinin mühafizəsi üçün snayperlərin yerləşdirilməsi də var. Hüquq-mühafizə orqanları çevik reaksiya qüvvələrini hazırlığa gətirib və küçələrə əlavə patrullar yerləşdirib. Ən azı iki ştat – Vaşinqton və Nevada – iğtişaş baş verəcəyi halda Milli Qvardiyanı işə salmağa hazırdır.

Arizona ştatının seçki nəticələrinin hesablanmasına cavabdeh olan rəsmisi Adrian Fontez, potensial təhlükə səbəbindən zirehli vasitədə hərəkət etdiyini bildirib. Finiks şəhərindəki seçki mərkəzləri qala kimi qorunur. Bu tədbirlər, seçki məntəqələrində çalışan işçilərə qarşı zorakılıq və hədə-qorxu ilə bağlı narahatlıqları əks etdirir. Yazıda bir çox seçki işçisinin təqib və təhdidlərə məruz qaldığı vurğulanıb. Bir çox demokrat keçmiş prezident Donald Trampın məğlub olması halında tərəfdarlarının iğtişaş törətməsindən narahatdır.

Seçilən
16
musavat.com

1Mənbələr