Finlandiyada NATO-nun iri artilleriya təlimləri başlayır.
İnterpress.az xəbər verir ki, bu barədə Lightning Strike 24-ün təlim direktoru polkovnik Yanne Myakitalo bildirib.
“Şimali Avropanın ən böyük təlim zonası olan Rovayarvi Alyansın qüvvələrini hərtərəfli atəş hazırlığı üçün əla şəraitlə təmin edir.
Biz bu il daha geniş təlimlərimizin bir hissəsi olaraq Lightning Strike Təlimini həyata keçirə bildiyimiz üçün çox şadıq”, – Myakitalo deyib.
Təlimin əsas məqsədi NATO-nun şimal istiqamətində müdafiə qabiliyyətini nümayiş etdirməkdir.
Xuraman Etibarlı
İnterpress.az