AZ

"Sabah" Volkovun Avropa çempionatına yolunu necə kəsib?

"Sabah" hazırda "Zirə"də çıxış edən Davut Volkovun Gürcüstan millisinə və Avropa çempionatına yolunu kəsib.

Sportnet.az xəbər verir ki, bu barədə gürcüstanlı hücumçu "CBC Sport"a müsahibəsində deyib.

"O vaxt "Sabah"da yaxşı dönəm yaşamırdım. Avropa çempionatına getmək şansım var idi. Pley-off matçları oynamalıydılar. Mənim üçün hansı komandada çıxış etmək önəmli idi. Çünki millidə olmaq istəyirdim. "Sabah" rəhbərliyinə dedim ki, yığmaya düşmək üçün daha çox oynamaq istəyirəm. Bildirdim ki, az oynayacamsa, məni başqa kluba buraxsınlar. Həmin vaxt "Zirə" və başqa iki klubdan təklifim  var idi. Özüm isə "Zirə"yə keçmək arzusunda idim. Bilirdim ki, Rəşad Sadıqov mənə güvənir. Orada daha çox oynayıb yığmaya çağırıla bilərdim. Amma nə "Sabah"da, nə də Gürcüstan millisində oynaya bildim. Məncə, "Zirə"yə keçsəydim, şansım olardı. Çünki qollar vurardım. Həmin an karyeramın ən vacib dönəmi idi", - Volkov bildirib.

Qeyd edək ki, Gürcüstan millisi ötən yay Almaniyada keçirilmiş Avropa çempionatının final mərhələsində çıxış edib.


Seçilən
21
sportnet.az

1Mənbələr