AZ

Oktyabr ayında nə qədər adam zəhərlənib?  

Oktyabr Oktyabr ayında nə qədər adam zəhərlənib?

Oktyabr ayında ilansancma ilə əlaqədar 6, sirkə turşusundan zəhərlənmə ilə əlaqədar 20, dərman zəhərlənməsi nəticəsində 43 nəfər Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə AZƏRTAC-a Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

Baş həkimin verdiyi məlumata görə, oktyabr ayı ərzində 5 nəfər göbələk zəhərlənməsi, 4 nəfər spirtli içkidən, 6 allergik şok, 4 nəfər isə qida infeksiyası ilə əlaqədar müalicə alıb. “Təəssüf ki, sirkə turşusu içib zəhərlənənlərdən iki nəfərin həyatını xilas etmək mümkün olmayıb”, - deyə o əlavə edib.

E-saglam.az 

Seçilən
11
e-saglam.az

1Mənbələr