İngiltərənin "Mançester Yunayted" klubu İspaniya çempionu "Real"ın iki futbolçusu ilə maraqlanır.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçi Eduardo Kamavinqa və vinger Rodriqonu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Rodriqo cari mövsüm 13 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Kamavinqa isə 5 matçda 1 assist müəllifi olub.