"Berkshire Hathaway"in rəhbəri, tanınmış investor Warren Buffett səhmlərdən çıxmağa davam edir. Buffetin şirkəti ən son satışlar ilə 352,2 milyard dollarlıq rekord nağd məbləğə çatıb.
Marja xəbər verir ki, Warren Buffett və Berkshire Hathaway üçüncü rübdə səhmlərdən çıxışlarını genişləndirib. Şirkət Apple səhmlərini satmağa davam edərkən, nağd pul vəsaitləri 352,2 milyard dollara yüksəlib.
Berkshire şənbə günü açıqladığı rüblük hesabatında bir neçə milyard dollarlıq Bank of America səhmlərinə əlavə olaraq təxminən 100 milyon Apple səhmini satdığını qeyd edib.
Berkshire-ın rüb ərzində öz səhmlərini geri almadığı müşahidə edilib. Bu vəziyyət, Baffetin hətta öz şirkətinin səhmlərinin hələ lazımi səviyyədə qiymətləndirilmədiyini düşündüyünü göstərir.
Berkshire-nin BNSF dəmir yolu və Geico avtomobil sığortası kimi investisiyalarından əldə etdiyi əməliyyat mənfəəti, əvvəlki ilin üçüncü rübündə 10,76 milyard dollar olduğu halda, bu ilin eyni dövründə 6 faiz azalaraq 10,09 milyard dollara düşüb.