UEFA Avropa Liqasında "Budyo Qlimt"lə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı müəyyənləşib.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda noyabrın 5-də günün ikinci yarısında Norveçə uçacaq.
Ertəsi yerli vaxtla saat 17:40-da Qurban Qurbanovun mətbuat konfransı, 18:00-da açıq məşq baş tutacaq. Təmsilçimiz matçdan sonra Azərbaycana qayıdacaq.
"Qarabağ" azarkeşləri üçün 400 bilet ayrılıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də start götürəcək.