Sahibkar Bahadur Əhmədlinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.
Valyuta.az-ın məlumatına görə, Əhmədli Bahadur Rövşən oğlu barəsində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İdarə sahibkar barəsində məhkəmədə “ Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” iddia qaldırıb.
İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, B.Əhmədli hüquqi ünvanı Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Novxani Aqropark" MMC-nin də qanuni təmsilçisidir.
Sadiq İsbəndərli