AZ

“Çalışacağıq ki, üzüağ qayıdaq” – U-19-un baş məşqçisi

19 yaşadək futzalçılardan ibarət yığmamızınAvropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, komanda B qrupunda Kosovo və San-Marino ilə mübarizə aparacaq. Bu qrupun oyunları San Marinoda təşkil olunacaq. Qeyd edək ki, ilkin mərhələnin matçları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq. Millimiz əsas mərhələyə yüksəlsə, orada Xorvatiya, Bosniya və Hersoqovina, Türkiyə ilə 7-ci qrupda mübarizə aparacaq.

U-19-un baş məşqçisi İlqar Aslanov püşklə bağlı belə dedi:

“San Marino və Kosovoya qarşı oyunumuz olacaq. Kosovonun oyunu ilə tanış deyilik. Çalışacağıq ki, üzüağ qayıdaq. Hazırlıq davam edir. 10 günlük təlim-məşq toplanışı keçirmək fikrindəyik. Əsas oyunçuları müəyyən edəcəyik”.

ƏSƏD SEYİDOV
Seçilən
33
football-plus.az

1Mənbələr