Bakı. Trend:
Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlıq memorandumuimzalayıb.
Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.
Bildirilib ki, əməkdaşlığın məqsədi peyk monitorinqi iləquraqlıq, daşqın və iqlimlə bağlı digər fəlakətlər zamanı kəndtəsərrüfatı sahələrinin üzləşəcəyi riskləri əvvəlcədənsığortalamaqdır.
Hazırda iqlim dəyişiklikləri fonunda peyk məlumatlarının kəndtəsərrüfatı sığortasına inteqrasiyası və bu sahədə istifadəsidinamik prosesdir.
Bu əməkdaşlıq sayəsində yerin məsafədən müşahidəsi və coğrafiinformasiya həlləri və bitki örtüyü indekslərindən istifadə etməkləəkin sahələrində monitorinqin icrası, məhsuldarlıq proqnozlarınınəldə edilməsi və hər hansı fəlakətlər zamanı dəymiş zərərinqiymətləndirilməsi mümkün olacaq.
Qeyd edək ki, aqrar sektorun sığortası ilə kosmik həllərin birgəistifadəsi təkcə sığortaçılara fayda vermir, həm də bütövlükdə kəndtəsərrüfatı sektorunun dayanıqlılığını və maliyyə itkilərindənqorunmasını dəstəkləyir.