AZ

FHN-in regional mərkəzlərində ağacəkmə aksiyaları keçirilib - FOTOLAR

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində FHN-in Şimal və Gəncə Regional mərkəzləri tərəfindən ağacəkmə aksiyası keçirilib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Regional mərkəzlərin şəxsi heyətinin və Nazirliyin regionda yerləşən digər qurumlarının nümayəndələrinin iştirak etdiyi aksiyalar müvafiq olaraq Xaçmaz şəhəri, Heydər Əliyev prospektində və Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksinin ərazisində təşkil olunub.

Aksiyalar ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Ağacəkmə aksiyalarında regional mərkəzlərin əməkdaşları tərəfindən eldar, sərv və tuya növlü şam ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.

Seçilən
25
5
sia.az

6Mənbələr