Cənubi Koreyanın prezidenti Yun Seok Yeol ölkə parlamentindəki partiyalar arasında əməkdaşlığı gücləndirməyə çağıraraq, KXDR və Rusiya arasında hərbi əməkdaşlığa qarşı tədbirlərin görülməsinin zəruriliyinə xüsusi diqqət çəkib, Yonhap agentliyi xəbər verir.
"Şimali Koreya ilə Rusiya arasında əməkdaşlıq milli təhlükəsizliyimiz üçün əhəmiyyətli təhdid yaradır. Biz bütün mümkün əks-tədbir ssenarilərini diqqətlə nəzərdən keçirəcəyik", - prezident bazar ertəsi baş nazir Han Deok-Sun parlamentə göndərdiyi mesajda bildirib.
Prezident qeyd edib ki, Cənubi Koreya ABŞ-la möhkəm müttəfiqliyi və Yaponiyanın da iştirak etdiyi üçtərəfli təhlükəsizlik əməkdaşlığı vasitəsilə Şimali Koreyadan gələn nüvə təhdidlərinə qarşı təhlükəsizliyini gücləndirib.
Oxuməni.az