1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Fənərbağça" klubunun vitse-prezidenti Acun Ilıcalı Joze Mourinyonun - "Gerçəkləri bilsəydim bura gəlməzdim", - söyləməsinə qəzəblənib.
Oxu.Az Sporx.com-a istinadla xəbər verir ki, Acun Ilıcalı ən qısa zamanda təcrübəli çalışdırıcı ilə danışacağını və məsələni aydınlaşdıracağını bildirib.
"Ən qısa zamanda məsələyə aydınlıq gətirməyə çalışacağam. Joze Mourinyonun bu dedikləri qəbul edilməzdir. Məsələ tamamən fərqli bir vəziyyət almağa başlayıb. Mourinyoya vəziyyətin pis olduğunu demişdik. Amma onu kluba dəvət etdiyimiz zaman Türkiyə Superliqasında vəziyyət bu qədər pis deyildi", - deyə A.Ilıcalı bildirib.
Qeyd edək ki, "Fənərbağça" ötən gecə "Trabzonspor"la görüşdə 3:2 hesablı qələbəyə sevinib.