İranda hicab qanununa etiraz etmək üçün universitet şəhərciyini alt paltarında gəzdiyi iddia edilən gənc qadının daha sonra saxlanılaraq "ruhi xəstəxanaya aparıldığı" hadisə böyük əks-səda doğurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, naməlum gənc qadın şənbə günü Tehran İslam Azad Universitetinin elm və tədqiqat şəhərciyində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Sosial mediada sürətlə yayılan görüntülərdə qadının alt paltarında gəzdiyi görünür.
Universitetin sözçüsü Amir Mahcub hadisəni təsdiqləyərək, "Tələbənin nalayiq davranışından sonra kampusun mühafizəsi işə qarışıb və o, hüquq-mühafizə orqanlarına təhvil verilib. Tələbənin hərəkətinin səbəbləri araşdırılır" - deyib. Mahcub həmçinin bildirib ki, "Polis bölməsində qadının ağır psixoloji təzyiq altında olduğu və psixi pozğunluğu olduğu müəyyən edilib".