AZ

Rais Rəsulzadənin səhhətində problem yaranıb

Üç gün öncə 78 yaşını qeyd edən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin səhhətində problem yaranıb. 

 

Bu barədə Pravda.az-a R.Rəsulzadə özü məlumat verib. 

 

“Bir az nasazam, indi xəstəxanadayam, həkimi gözləyirəm. Hazırda danışmaq imkanım yoxdur...”, - o deyib. 

 

Xatırlatma: Rais Rəsulzadə sentyabr ayında insult keçirmişdi. Qeyd edək ki, o, Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildən etibarən Əməkdar rəssam, 2022-ci ildən isə Prezidentin fərdi təqaüdçüsüdür. 

 

Aytəkin Qardaşova 

Tarix: 4 Noyabr 2024, 15:45   
Seçilən
28
3
pravda.az

4Mənbələr