Uduzduğu 2020-ci il seçkiləri ilə bağlı ABŞ-ın keçmiş prezidenti Tramp \"Vəzifəmi tərk etməməliydim, 4 il ərzində çox yaxşı işlər görmüşdük” deyib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-nin Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Pensilvaniyada keçirdiyi seçki mitinqində çıxışında 2020-ci ildə rəqibi Co Baydenə uduzduğu seçkilərində əslində qalib gəldiyini iddia edərək, bu müddət ərzində Ağ Evi tərk etməməli olduğunu deyib:
\"Prezident olduğum dövrdə ölkədə sərhəd təhlükəsizliyi ən yüksək səviyyədə idi. O dövrdə Ag Evi tək etməsəydim ölkənin təhlükəsizliyi və maddi durumu indi daha da irəlidə idi”.
Tramp onun rəqibindən geri qaldığını göstərən bəzi seçki anketlərinin etibarlılığına inanmadığını bildirib və noyabrın 5-də keçiriləcək prezident seçkilərində əgər uduzarsa bunu demokratların başqa yollara əl atmağının sübutu kimi görəcəyini də qeyd edib.
Cəmalə