AZ

Sağalmaz xəstəliklərdən sığorta yığımı bir ayda 3 milyon manata yaxın olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən sağalmaz xəstəliklərdən sığorta sinifi üzrə 5 milyon 836 min 300 manat sığorta haqqı toplanıb.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, cari ilin yanvar-avqust ayları ilə müqayisədə 2 milyon 831 min 900 manat və ya 94,3% çoxdur.
 Yanvar-avqust aylarında sığorta şirkətləri tərəfindən sağalmaz xəstəliklərdən sığorta sinifi üzrə 3 milyon 4 min 400 manat sığorta haqqı toplanıb.

Hesabat dövründə bu sinif üzrə ödənilən sığorta ödənişlərinin məbləği 258 min 200 manat olub ki, bu da, yanvar-avqust ayları ilə müqayisədə 34 min 900 manat və ya 15,6% çoxdur. Yanvar-avqust ayları ərzində sığorta şirkətləri tərəfindən 223 min 300 manat sığorta ödənişi olunub.

Əvəz Həsənov

Seçilən
22
valyuta.az

1Mənbələr