AZ

Sinvarın ölümü ilə bağlı yeni DETALLAR

İsrailin ötən ay Qəzza zolağının cənubundakı Rəfaha hücumu nəticəsində həyatını itirən HƏMAS lideri Yəhya Sinvarın ölümündən əvvə l 3 gün heç bir şey yemədiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Londonda çıxan “Şərkul Avsat” qəzetinin adı açıqlanmayan mənbələrə əsaslanan xəbərində Sinvarın 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzzadakı vəziyyəti ilə bağlı təfərrüatlar yer alıb.

Sinvarın İsrailin hücumlarına görə ailəsini daha təhlükəsiz olduğunu düşündüyü bölgəyə göndərdiyi və onlarla məktubla əlaqə saxladığı bildirilib.

HƏMAS lideri ailəsi ilə yalnız 1 və ya 1,5 ayda bir məktubla əlaqə saxlaya bilirdi.

Xəbərdə Sinvarın 16 oktyabrda öldüyü hücumdan əvvəl 3 gün heç bir şey yemədiyi üzə çıxıb.

İsrail administrasiyası tez-tez Qəzzaya gedən yardımın "HƏMAS tərəfindən götürüldüyünü və ehtiyacı olanlara çatdırılmadığını" iddia edib.

Sinvar oktyabrın 16-da Qəzzanın cənubundakı Rəfahda İsrail əsgərləri ilə toqquşmada həyatını itirib.

Tel-Əviv administrasiyası uzun müddətdir ki, Sinvarın Qəzzada tunellərdə gizləndiyini və israilli məhbuslardan qalxan kimi istifadə etdiyini iddia edirdi.

Seçilən
32
cebheinfo.az

1Mənbələr