Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi dönərin istehsalı və satışı üçün sanitar normaları təsdiqləyib:
- Qırmızı ət dönəri quzu və ya mal ətindən (dana əti daxil olmaqla), quzu və mal əti qarışığından (dana əti daxil olmaqla) hazırlanır.
- Quş dönəri (toyuq, hinduşka) toyuq əti, hinduşka əti, toyuq və hinduşka qarışığından emal edilir.
- Dönərdə quzu və mal ətini toyuq və hinduşka əti ilə qarışdırmaq olmaz.
- Dönərin tərkibində yağ və yağdan başqa heç bir əlavə məhsul olmamalıdır.
- Dönər hazırlayarkən bitki mənşəli zülalların, nişasta və nişasta tərkibli məhsulların, soya və soya məhsullarının istifadəsinə icazə verilmir.
- Dönər hazırlandıqdan sonra saxlama müddəti 12 saata qədərdir