Bəs alış qiyməti daşınmaz əmlak, avtomobil və s. kimi çox pul tələb edən vasitələr necə?
Onlardan da ƏDV almaq mümkündürmü?
Vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, əlavə dəyər vergisi məhsulların dəyərinə əlavə edilən vergidir.
Onun sözlərinə görə, bu vergi həmin məhsulu alan şəxs tərəfindən dövlətə ödənilir:
"Ödənilən ƏDV-nin bir hissəsi vətəndaşa geri qaytarılır. ƏDV-nin hesablanma qaydası da sadədir.
ƏDV adətən geyim, ayakkabı, elektronika məhsullarından tutulur. Un məmulatları, kənd təsərrüfatı məhsulları, sənaye xidmətləri, ixrac olunan məhsullar ƏDV-dən azaddır. Dəyişikliyə əsasən avtomobil, alkaqollu içkilər, tütün məmulatları da ƏDV-ə tabe edilir".
Vəkil qeyd edib ki, yeni tikilmiş binadan yaşayış və ya qeyri-yaşayış sahəsi almısınızsa, ƏDV ala biləcəksiniz:
"Ancaq bunun müəyyən şərtləri var. MTK-dan mənzil alınan zaman pulu bank hesabına nağdsız şəkildə köçürməlisiniz. Bina tikilib tam təhvil verilməlidir. Bu zaman ƏDV-nin 30 faizi sizə geri qaytarılır. Bu imkandan yararlanmaq istəyən vətəndaşlar AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin portalında qeydiyyatdan keçməlidir".
Əfsanə Kamal
Demokrat.az