AZ

Lukaşenko: Belarus sanksiyalarla əlaqədar xarici siyasətində dəyişiklik edib

Belarus Qərbin sanksiyalarını nəzərə alaraq öz ticarət və iqtisadi siyasətini yenidən bərpa edib.

Turkustan.az xəbər verir ki, bunu prezident Aleksandr Lukaşenko bildirib.

– Hansı sanksiyalar? Biz ticarət və iqtisadi fəaliyyətimizi yenidən bərpa etdik. Biz nəhəng dövlət deyilik. Bəli, biz istehsal etdiklərimizə görə çox satırıq", - deyə Lukaşenko Xarici İşlər Nazirliyi sisteminin kadrlaşdırılması ilə bağlı bəzi məsələlər üzrə hesabatı dinləyib.

Belarus liderinin sözlərinə görə, vektor inkişaf etməkdə olan ölkələrə, xüsusilə də Afrika və Latın Amerikasının bazarına uyğunlaşdırılıb.

– Kimlərlə görüşdüymsə, həqiqətən də bizimlə əməkdaşlıq etmək istəyirlər. Bundan başqa, biz həm SCO, həm də BRİkS-də çox fəalıq", - deyə o əlavə edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
23
turkustan.az

1Mənbələr