AZ

Orta Asiya uğrunda SAVAŞ – Rusiyanın yeni planı

ABŞ-nin Mərkəzi Asiyaya diqqətini artırmasının əsas səbəblərindən biri də Rusiya və Çinin regionda genişlənməsidir. Çin tərəfinfən irəli sürülən infrastruktur layihələri də rəsmi Vaşinqtonun diqqət mərkəzindədir və bunu pozmağa çalışırlar.

1990-cı ilin əvvəllərində Sovet İttifaqından ayrıldıqdan sonra Markəzi Asiya ABŞ xarici siyasətində arxa plana keçdi. Bölgədə böyük enerji və yeraltı ehtiyatların kəşfi Rusiyanın və Çinin sözügedən regiona diqqətini artırdı. Bundan sonra adıçəkiləm coğrafiya ABŞ üçün strateji əhəmiyyət kəsb etdi. Ticarət əlaqələri və yüksək enerji potensialı kimi vəziyyətlər xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra ön plana çıxmağa başladı. Bunu bəzi Avropa İttifaqı (Aİ) ölkələrinin və ABŞ rəsmilərinin səfərlərindən anlaya bilərik.

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu 6-11 noyabr 2022-ci il tarixləri arasında Qazaxıstan, Türkmənistan və Özbəkistanda səfərini xatırlamaq olar. Əlavə olaraq, Lu 2022-ci ilin mayında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Özbəkistana səfəri baş tutub. Odur ki, Lunun Mərkəzi Asiyaya ikinci səfərinin ABŞ-ın 2022-ci ilin oktyabrında açıqlanan Milli Təhlükəsizlik Strategiya Sənədindən sonra baş tutması Vaşinqton administrasiyasının Mərkəzi Asiyaya marağının artmasının göstəricisidir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
12
konkret.az

1Mənbələr