AZ

Azərbaycanda baramanın məhsuldarlığı niyə azalıb? – ARAŞDIRMA

Bakı. Trend:

Azərbaycanda baramaçılıq tarixi bir ənənəyə malikdir və bu sahəxüsusilə Dağlıq Şirvan, Quba, və Lənkəran bölgələrində genişyayılıb. Bu ənənəni qoruyub saxlamaq və gələcək nəsillərə ötürməküçün ölkədə kənd təsərrüfatında önəmli yerlərdən birinə malikbaramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılıb, ocümlədən müxtəlif proqramlar və layihələr həyata keçirilib.

2017-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasındabaramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illərüçün Dövlət Proqramı” da bu sahəyə dövlətin ciddi qayğısını özündəehtiva edir. Lakin rəsmi olaraq açıqlanan son statistikgöstəricilərə nəzər yetirdikdə, son aylar Azərbaycanda bu sahədəməhsuldarlığın kəskin azaldığı müşahidə olunur.

Belə ki, açıqlanan rəsmi statistik göstəricilərə görə, bu ilinyanvar-sentyabr aylarında Azərbaycanda 14,8 min ton yun, 239,4 tonbarama istehsal olunub. Ötən ilin yanvar-sentyabr ayları iləmüqayisədə yun istehsalı 1,9 faiz, barama istehsalı isə 32,9 faizazalıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə15,1 min ton yun, 357,0 ton barama istehsal olunub. Beləliklə,rəqəmlərdən də göründüyü kimi, ölkə üzrə bu sahədə məhsuldarlıqkəskin azalıb. Fermerlər də ötən ilə nisbətən cari ildəməhsuldarlıqda ciddi azalmanın olduğunu deyirlər.

Havaların qeyri-sabit keçməsi ipəkqurdlarının kütləvitələfinə səbəb olub

Şəkinin Aşağı Göynük kənd sakini Yavərİsmayılov Trend -əbildirib ki, 6 ildir ki, baramaçılıqla məşğuldur. Ötən il ailə 120qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 304 kiloqram yaşbarama istehsal edib. Ailənin baramaçılıqdan gəliri 2,7 minmanatdan çox olub. Lakin İsmayılovlar ailəsi əvvəlki illərdəkigöstəricini bu il əldə edə bilmədiklərini deyib. Kümçünün sözlərinəgörə, bu il havaların qeyri-sabit keçməsi ipəkqurdlarınınxəstələnərək, kütləvi tələf olması ilə nəticələnib.

“Keçən il 60 qram ipəkqurdu yemləmişdik. Bu il üçün dəgözləntilərimiz yüksək idi. Lakin may ayında havanın pis,qeyri-sabit keçməsi baramaqurdlarını tələf etdi. Ona görə də yaşbarama istehsalımız kəskin azaldı”, - deyə kənd sakini Y.Fərəcovbildirib.

Bu il kümçülərə daha az sayda ipəkqurdu toxumupaylanılıb

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili vəmonitorinqi şöbəsinin müdiri Seymur Səfərli Trend-ə açıqlamasındadeyib ki, ölkə ərazisində cari ilin may ayı ərzində hava şəraitininqeyri-sabit, soyuq və yağışlı keçməsi kümxanalarda temperatur vərütubətin nizamlanmasında da ciddi çətinliklər yaradıb.

O bildirib ki, qurdların islanmış, soyuq yarpaqlarlayemləndirilməsi əksər rayonlarda ipəkqurdlarının axırıncı yaşdövründə xəstələnərək, tələf olmasına və məhsuldarlığın kəskinazalmasına səbəb olub:

“Nəticədə ölkə üzrə 239.3 ton və ya ötən ilə nisbətə 32.9% azyaş barama istehsal edilib. Hazırda ölkəmizdə yaş barama istehsalıev təsərrüfatları tərəfindən həyata keçirilir və bu təsərrüfatlarixtisaslaşmış yemçilik bazasına və zəruri texniki tələblərə cavabverən kümxanalara malik deyillər.

2024-cü il mövsümündə əsasən baramaçılıqla könüllü olaraq məşğulolmaq istəyən kümçülərin müəyyənləşdirilməsi hesabına baramaistehsalının həyata keçirilməsinə üstünlük verilib. Könüllü baramaistehsalçılarının sayı, yem bazası, kümxanaların sahəsi vəvəziyyəti barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərininməlumatları nəzərə alınmaqla 2024-cü ildə əvvəlki 2023-cü ilənisbətən 1900 qutu və ya 18% az ipəkqurdu toxumu inkubasiyaedilərək kümdarlarına paylanılıb”.

Ölkədə baramaçılığın gələcək inkişafını təmin etməkməqsədilə bir sıra layihə və təkliflər hazırlanıb

Şöbə müdiri bildirib ki, ölkəmizdə baramaçılığın gələcəkinkişafını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyitərəfindən ilkin texniki-iqtisadi səmərəlilik təhlilləri əsasında“Mövcud barama təsərrüfatlarının effektivliyinin artırılması” və“Orta və iri intensiv baramaçılıq təsərrüfatlarının yaradılması”istiqamətində layihə və təkliflər hazırlanıb.

Məlumat üçün Azərbaycanda yun və barama istehsalı ilə bağlı sonbeş ilin statistik göstəricilərinə nəzər yetirək:

2023-cü ilin yanvar-sentyabr aylarında 15,1 min ton yun, 357 tonbarama istehsal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları iləmüqayisədə, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3faiz azalıb.

2022-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiqdövrü ilə müqayisədə, yun istehsalı 2,2 faiz azalaraq, 15,6 minton, barama istehsalı isə 30,5 faiz azalaraq, 341,4 ton təşkiledib.

2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiqdövrü ilə müqayisədə, yun istehsalı 0,1 faiz artaraq, 15,9 min ton,barama istehsalı isə 10 faiz artaraq 491,3 ton olub.

2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә, 2020-ci ilinyanvar-sentyabr aylarında yun istehsalı 0,4 faiz artaraq, 15,9 minton, barama istehsalı isə 446,64 ton olub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2019-cu ilinyanvar-sentyabr aylarında yun istehsalı 1,4 faiz artaraq, 15,8 minton, barama istehsalı isə 25,3 faiz artaraq 643,7 ton təşkiledib.

Azərbaycanda yun və barama istehsalında məhsuldarlıqgöstəriciləri (Yanvar-sentyabr ayları üzrə)

2019

2020

2021

2022

2023

2024

Yun – 15,8 min ton

Barama - 643,7 ton

Yun - 15,9 min ton

Barama - 446,64 ton

Yun - 15,9 min ton

Barama - 491,3 ton

Yun - 15,6 min ton

Barama - 341,4 ton

Yun - 15,1 min ton

Barama - 357,0 ton

Yun - 14,8 min ton

Barama - 239,4 ton

Qrafikdən də göründüyü kimi, son beş ilin müvafiq dövrləri iləmüqayisədə, barama istehsalında ən yüksək göstərici 2019 (643,7ton), ən aşağı isə 2024-cü ildə (239,4 ton) qeydə alınıb. Son beşilə nəzərən müvafiq dövrlərlə müqayisədə yun istehsalında isə ənyüksək göstərici 2020 (15,9 min ton), ən aşağı isə 2024-cü ildə(14,8 min ton) olub.

Baramanın məhsuldarlığı yox, bu sahə ilə məşğul olanfermerlərin sayı azalır

İqtisadçı Akif Nəsirli Trend-ə açıqlamasındabaramaçılığın kənd təsərrüfatında spesifik sahə olduğunu deyib vəbildirib ki, onun məhsuldarlığına təsir edən müxtəlif amillərvar.

O vurğulayıb ki, baramanı istehsal etmək, becərməklə onunbiznesi ilə məşğul olmaq bir-birindən tamamilə fərqlənir:

“Azərbaycanda fermerlər baramanın becərilməsi, saxlanılması iləməşğul olurlar, amma onun biznesi ilə özləri məşğul ola bilmirlər.Barama becərən fermerlərin hamısı mərkəzləşdirilmiş qaydada birneçə məntəqəyə məhsulu təhvil verməklə işlərini bitmiş hesabedirlər. Amma məsələ burasındadır ki, işin daha böyük tərəfi məhsulistehsal olunduqdan sonra onun kommersiya hissəsindədir.

Kommersiya hissəsini isə bir neçə şirkət həyata keçirir. Onagörə də onlar baramanı razılaşdırılmış qiymətə alırlar, yüksəkqiymətə satırlar. Əsas mənfəət də elə həmin o qəbul şirkətlərinəçatır. Yəni baramanı istehsal edənlər əziyyətini çəkirlər,becərirlər və demək olar ki, maya dəyərinə məhsulu həmin qeydetdiyim qəbul şirkətlərinə satırlar. Qəbul şirkətləri də o məhsulualıb dünya bazarında satışa çıxarırlar.

Fermerlərə, demək olar ki, mənfəət qalmadığı üçün onlarabaramaçılıqla məşğul olmaq artıq maraqlı olmur. Ona görə də baramabecərən fermerlərin sayı azalır. Əslində, məhsuldarlıq aşağıdüşmür, bu təsərrüfatla məşğul olan fermerlərin sayı azalır”.

A.Nəsirli barama məhsuldarlığında artıma nail olunması üçüntəkliflərini də bölüşüb:

“Bu sahədə məhsuldarlığı artırmaq üçün bir neçə fermer birləşiböz məhsulunu son istehlakçıya, xammalı alan şirkətə birbaşa olaraqözləri satmalı, ya da qəbul şirkətlərinin sayı çoxalmalıdır. Yənibaramanın qəbulu, biznesi ilə məşğul olan şirkətlərin sayıçoxalmalıdır ki, onlar bir-biri ilə qiymət rəqabəti aparsın vəyetişdirilmiş baramanın optimal qiyməti formalaşsın. Belə olduqdabarama yetişdirən fermerin mənfəətini kommersiya şirkətləri yeyəbilməyəcək və bu təsərrüfata maraq daha da artacaq”.

Beləliklə, ölkədə baramanın məhsuldarlığının azalmasına təsirgöstərən amillərə, mütəxəssislərin də qeyd etdiyi kimi, havaşəraitinin qeyri-sabit, əlverişsiz keçməsi, kümçülərə əvvəlkiillərə nisbətən daha az ipəkqurdu toxumunun paylanması, eləcə də,bu sahədə rəqabətliliyin o qədər də yüksək olmaması, marağınazalmasıdır.

Məqalədə:
Seçilən
24
10
az.trend.az

10Mənbələr