AZ

Türkiyədə üç şəhərin bələdiyyə sədri həbs olundu

Türkiyədə Mardin, Batman və Halfeti şəhərlərinin rəhbərləri vəzifələrindən uzaqlaşdırılıblar və həbs olunublar.

Bakupost.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi xəbər verib.

Qərarın əsas səbəbi kimi bələdiyyə başçılarının terror təşkilatları ilə əlaqələri və terror təşkilatı təbliğatı aparmaları göstərilir.

Bildirilir ki, "Kobani işi" çərçivəsində "silahlı terror təşkilatına üzv olma" maddəsi ilə Mardin Böyükşəhər Bələdiyyə sədri Əhməd Türk 10 il, Batman Bələdiyyə sədri Gülistan Sönük 6 il 3 ay və Şanlıurfa Halfeti Bələdiyyə sədri Mehmet Karayılan 6 il 3 ay 15 gün həbs cəzasına məhkum ediliblər.


Seçilən
19
bakupost.az

1Mənbələr