AZ

Tarixi İpək Yolunun ticarət paytaxtı: Çinin turizm mərkəzi olan Kaşqar -FOTOLAR

Bu gün inkişafına görə Çin dünyanın lider ölkələrindən biridir. Son illər ərzində Çin dünyanın ticarət dövriyyəsinin böyük hissəsini təmin edir. Çin ticarət və sənaye ölkəsi olmaqla yanaşı turizmi sürətlə inkişaf edən ölkələrdən biridir. Bu yazımızıda Çinin turizm və ticarət mərkəzi olan Kaşqar haqqında məlumat verəcəyik.

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda yerləşən Kaşqar Avrasiya qitəsinin mərkəzi hissəsində yerləşir. Bu, Çindən Orta Asiyaya, Qərbi Asiyaya və Avropaya mühüm quru nəqliyyat yolu və tarixi İpək Yolu marşrutu üzərində mühüm ticarət şəhəridir. Rəngarəng etnik ənənələrin, mədəni və bəşəri irsin bir-birinə qarışdığı Kaşqar şəhəri bu gün saysız-hesabsız çinli və xarici turistlərin diqqətini cəlb edir.

Tədqiqatçılar Kaşqar adının Koşkar, Köşkər və ya Kaşkar tayfasından gəldiyini iddia edirlər. Köşkar tayfasının ata-baba  vətəni Qırğızıstanın cənubunda, Cəlal-Abad vilayətində , Qırğızıstan – Özbəkistan sərhədinə yaxın ərazidə yerləşən Koşkar-Ata ( Коротата ) şəhəridir . Başqa bir fərziyyəyə görə, Kaşqar öz adını şəhər ətrafında tez-tez rast gəlinən “Qaş daşı” və ya “ Yeşim daşı ”ndan götürüb.

“Divanu Lügatit-Türkdə ”  “Kaşqar” “Şərqi Türk əyalətində tanınmış şəhər adı” olaraq təyin olunur. Kutadgu Bilig’de  ” Kent: Şəhər. Bu sözü götürüb Kaşqara “Ordu şəhəri” deyirlər. Xanın yaşadığı şəhər deməkdir. Çünki hava gözəl olduğundan Əfrasiyab burada yaşayırdı .” kimi tarixi mənbələrdə qeyd edilir.

Kaşqar şəhəri Uyğur mədəniyyətinin və Mərkəzi Asiya mədəniyyət mərkəzlərindən biridir. Kaşqar şəhəri “Severance: Blade of Darkness” oyununda barbarların müqəddəs şəhəri və barbar qəhrəmanının vətəni kimi istifadə edilmişdir.

Şəhərin ən tanınmış sakini Mahmud Kaşğari olmuşdur. O, 1029-cu ildə Qaşğar elinin Azıx kəndində anadan olmuşdur. İlk təhsilini Kaşqarda Saciyə və Hamidiyyə mədrəsələri kimi elm mərkəzlərində almış, dövrünün elmləri ilə bərabər ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdir. 1105-ci ildə burada dünyasını dəyişmişdir. Kaşqar yaxınlığında Opal kəndində dəfn olunmuşdur. Üzərində “Müqəddəs alimin məzarı” yazılmış məqbərəsi 1984-cü ildə təmir olunmuşdur. Hal-hazırda məqbərədə alimin məzarı yerləşən otaq, Qurani-Kərim oxunması üçün ayrıca bir salon və muzey bölümü vardır. Muzey hissəsində Mahmud Qaşqarinin “Divanü Lüğat-it-Türk” əsərinin əlyazması, müxtəlif dillərdə tərcümə və nəşrləri, bir neçə litoqrafik çaplı Qurani-Kərim, Mahmud Qaşqari və onun əsəri haqqında yazılmış məqalələr və kitablar nümayiş olunur. Burada həmçinin, Mahmud Qaşqarinin portreti və Qaraxanlılar dövrünə aid əşyalar da vardır.

Kaşqar şəhərinin mərkəzində yerləşən və 2 min ildən artıq tarixə malik qədim Kaşqar şəhəri dünyanın ən böyük torpaq konstruksiya qrupudur. Son illər qədim şəhərdə həyata keçirilən yenidənqurma işləri sayəsində tarixi-mədəni dəyəri olan ənənəvi evlər orijinal məkan nümunəsi qorunmaqla bərpa edilərək möhkəmləndirilib.

Turistlər qədim Kaşqar şəhərində gəzinti zamanı rütubətli evlərə, dolama küçələrə, zərif kərpic və pəncərələrə rast gəlir, qədim şəhərin unikal tarixi zənginliyini, müxtəlif mədəniyyətlərin inteqrasiyasını dərk edə bilirlər. Küçələrdəki emalatxanalar sayəsində yerli sənətkarlıq nəsildən-nəslə ötürülür.

Etnik mahnı və rəqslərdə, qədim şəhərin möhtəşəm mənzərəsində rəngarəng Kaşqar mədəniyyətini və xalq hekayələrini görmək, insanların xoşbəxt və ləng həyatını hiss etmək olar.

Kaşqar bölgəsi dəmirçiliyin qədim tarixinə malikdir və Kantuman yerli uyğur xalqının çox istifadə etdiyi dəmir əkinçilik alətidir.

Dəmirçiliyi nəsildən-nəslə ötürmək üçün qədim Kaşqar şəhərindəki Kantuman bazarında dəmir alətlərin hazırlanması, istehsalı və satışını tamamilə öz üzərinə götürən dəmirçi kooperativi yaradılmış və burada istehsal olunan dəmir alətlər bütün Sincan Uyğurunda məşhurdur. Muxtar Bölgə və kooperativ qədim Kaşqar şəhərinin əhəmiyyətli bir turistik məkanı halına gəldi.

Qoşqar Salmanlı

image-1 image-2 image-3 image-4 image-5 image-11

Seçilən
47
moderator.az

1Mənbələr