AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.
Axar.az xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Serkle Brügge” (Belçika) matçının UEFA nümayəndəsi olacaq.
Görüş noyabrın 7-də Lints şəhərində təşkil olunacaq.