AZ

Səhiyyə Nazirliyi meymunçicəyi virusunun aşkarlanması üçün PCR kitləri alır


Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Labservis LTD” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, nazirlik meymunçicəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün PCR kitlərinin satın alınmasına görə “Labservis LTD” MMC-yə 106 min 554 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Labservis LTD” MMC 06.04.1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Səməd Vurğun, ev 81, m. 2-də yerləşən “Labservis LTD”in nizamnamə kapitalı 2 400 manat təşkil edir. “Labservis LTD”in qanuni təmsilçisi Şahbazova Roza Qafar qızıdır.
Qeyd edək ki, Şahbazova Roza Qafar qızının qanuni təmsilçi olduğu başqa bir şirkət - "Eurolab” MMC-dir. Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 88 ünvanında yerləşən "Eurolab” MMC-nin nizamnamə kapitalı 500 manat təşkil edir.

Elnur Əli
Seçilən
14
4
yeniavaz.com

5Mənbələr