Dünya Demokratlar Partiyasının namizədi, ABŞ-ın vitse-prezidenti Kamala Harrisi Respublikaçı Donald Trampdan daha çox dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, “The Economist”in noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı sorğusunun nəticəsi belədir.
Nəşr “Globescan” sorğu şirkəti ilə iki ay ərzində 29 ölkədə 30 000 insan arasında sorğu keçirib, bütün ölkələrdə orta hesabla respondentlərin 45 faizi Harris, 33 faizi Trampı dəstəkləyib.
Avropada fərq daha böyük olub: qitə sakinlərinin 26 faizi Tramp, 55 faizi Harrisə üstünlük verib.
Bir sıra ölkələrdə - Argentina, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Türkiyə və Vyetnamda Tramp demokrat rəqibini xeyli qabaqlayıb.
Müəllif: Mənsur Rəğbətoğlu