AZ

"Mastercard" və ABB dayanıqlılıq hakatonuna başlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mastercard" və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında əməkdaşlıq çərçivəsində fintex startaplarına iqlim dəyişikliyi ilə bağlı həllər yaratmaq üçün çağırış edən "Sustainability Sandbox Hackathon" virtual müsabiqəsinə start verilir. Tədbir 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) ilə eyni vaxta təsadüf edir və karbon emissiyalarının izlənməsi və ESG həllərinə köklənir.
Noyabrın 14-dən 18-dək davam edəcək hakaton fintex innovatorlarına öz həllərini maliyyə və dövlət sektorunu təmsil edən liderlərə təqdim etmək şansı yaradacaq. Qalib gələn layihələr "Mastercard"s Sandbox as a Service" platforması üzərindən geniş auditoriyanın qarşısına çıxa biləcəklər.
"Bu hakaton startaplara təsirli iqlim həlləri yaratmağa imkan verir, həmçinin "Mastercard"ın hər kəsin öz potensialını aça biləcəyi inklüziv, dayanıqlı rəqəmsal iqtisadiyyat qurmaq öhdəliyini gücləndirir", - "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal bildirib.
Hakatona qoşulmaq istəyən fintex startapları 6 noyabr tarixinədək bu link üzərindən qısa təkliflərini təqdim edə bilərlər.
Daha ətraflı məlumat üçün: SandboxAsAService.EEMEA@mastercard.com
Seçilən
27
oxu.az

1Mənbələr