AZ

Braziliya və Səudiyyənin BRİKS-lə əməkdaşlığı uzun sürməz...

Image

Səudiyyə Ərəbistanı Avropa və ABŞ-dən asılı olduğu üçün BRİCS-dən getdi

Bir neçə həftə əvvəl Kazanda 16-cı sammiti keçirilən BRİCS+ təşkilatı ətrafında müzakirə şiddətlənir. Artıq bu birlik kollektiv Qərbi və Birləşmiş Ştatları ciddi şəkildə narahat etməyə başlayıb. BRİCS+ ətrafında son sammitdə cərəyan edən hadisələr bunu deməyə əsas verir.

Ümumiyyətlə, BRİCS təşkilatını Avropa və ABS-da bir etiraz təşkilatı kimi xarakterzə edirlər. Çünki bu təşkilatda birləşən dövlətlərin hamısı dünyanın müasir siyasi-hərbi və iqtisadi sistemindən narazı olan ölkələrdir. Demək olar ki, beynəlxalq siyasi sistem subyektlərinin ədalətsizliyi nəticəsində BRİCS+ ərsəyə gəldi. Amma bu təşkilat hələ dünyanın oturuşmüş beynəlxalq təşkilatları ilə müqayisədə çox kövrək və zəifdir. Hələ ki, BRİCS təşkilatı yalnız sammitləri ilə yadda qalır, beynəlxalq siyasi müzakirələr masasından uzağa gedə bilmir. Amma bu birlikdə birləşən ölkələr bir-biri ilə ikitərəfli münasibətlərin inkişafına üstünlük verir. Son iki il ərzində BRİCS ölkələrinin bir-biri ilə xarici ticarət dövriyyəsi ciddi şəkildə artmağa başlayıb. Üstəlik, Avrasiya İqtisadi İttifaqı da BRİCS+la iç-içə birlik sayıla bilər.

Əvvəla onu qeyd edək ki, BRİKS-in son sammiti çoxlarını sevindirdi ki, birliyin ölkə liderləri Qərbin sanksiyalarından qorxmayaraq, ağır sanksiyalar altında olan Rusiya ilə birlikdədirlər. Amma birlik üzvləri üçün bu sammitdə iki xoşəgəlməz hadisə baş verdi. Bunlardan biri elə sammitin ilk iclasında baş verdi.

Bu xoşagəlməz hadisələrdən birincisi Braziliyanın Venesuelanın birliyə üzvlüyünə veto qoyması oldu. Təbii ki, bu, iki ölkə arasında olan Qayana münaqişəsindən irəli gəlirdi. BRİKS+ üzvləri sadəcə olaraq bunu qəbul etmək məcburiyyətində qaldılar. Çünki hər bir birlik üzvünün yeni qəbul edilən ölkəyə veto qoymaq hüququ var.

Arayış üçün qeyd edək ki, Venesuela-Qayana böhranı Qayana-Essequibonun üzərində ərazi mübahisəsi ilə əlaqədarır. Venesuela ilə Qayana arasında böhran xeyli vaxtdır davam edir.  2023-cü ildə isə bu diplomatik böhran bir qədər də kəskinləşdi. Neftlə zəngin Qayana-Essequibo bölgəsi Qayanaya aiddir. Lakin Venesuela 19-cu əsrin sonlarından bəri bu əraziyə iddialar irəli sürüb. Braziliya isə müttəfiq kimi Qayananı müdafiə edir.

Ötən ilin dekabr ayında Venesuela lideri Nikolas Maduro Qayana ərazisinin bir hissəsini ilhaq etmək planlarını elan etdikdən sonra Braziliya Venesuela ilə sərhədinə əlavə qoşun yerləşdirmək niyyətini açıqlayıb.

Digər xoşagəlməz hadisə isə artıq BRİCS+un tamhüquqlu üzvü kimi təsdiq edilmiş Səudiyyə Ərəbistanının sammitdə yalnız müşahidəçi qismində iştirak etməsi oldu. Yəni Səudiyyə Ərəbistanı BRİCS+dan çıxdı. Bu, çoxlarının birləşmə perspektivlərini bədgüman etdi.

Buna səbəb nədir? Cavab - Səudiyyə Ərəbistanını inanılmaz dərəcədə zəngin edən ixrac potensiallarına malik neft ehtiyatlarıdır. Sonuncu dəfə dünya bazarında neftin qiymətinin artması fonunda ixracın azalması səbəbindən ölkənin neft sənayesi çətinliklərlə üzləşdi. Bu səbəbdən həm ölkənin hakimiyyət orqanları, həm də neft korporasiyaları, qəribə də olsa, hasilat səviyyəsini artırmaqla qiymətlərin düşməsində maraqlı oldular. Hökumət belə düşünür ki, Səudiyyə Ərəbistanı bundan heç nə itirməyəcək, lakin bir neçə səbəbə görə qazanacaq.

Birinci növbədə ona görə qazanacaq ki, Səudiyyə Ərəbistanında hazirda işlənən neft yataqları yer səthinə çox yaxın yerləşib. Buna görə neft hasilatına və oradakı infrastruktura qoyulan investisiyalar digər neft ixracatçılarından xeyli aşağıdır. Yəni onlara neft hasilatı daha ucuz başa gəliyinə görə, neft dünya bazarında ucuzlaşanda neft şirkətləri ziyanla işləmir, sadəcə mənfəətləri azalır.

BRICS+ birliyinə hazırda neft ölkəsi kimi Rusiya, Misir, İran və Braziliya daxildir. Yeganə istisna Səudiyyə Ərəbistanı və onunla eyni neft zonasında yerləşən Birləsmiş Ərəb Əmirliyidir (BƏƏ).

Rusiya üçün dünyanın ən böyük neft tədarükçüsü tərəfindən bu cür davranış əsl kabusa çevrilə bilər. Çünki Rusiya neftinin istehsalının dəyəri Səudiyyə Ərəbistanına nisbətən ölçüyəgəlməz dərəcədə yüksəkdir. Üstəlik, səudiyyəlilər özləri neft mədənlərində işləmirlər, yalnız idarə edirlər və orada əsasən əmək miqrantlarının xidmətlərindən istifadə olunur.

Bəs Səudiyyə Ərəbistanının neft sənayesi BRİKS+a tamhüquqlu üzv olmaqdan konkret olaraq nə qazana bilər? Əvvəlcə Səudiyyə Ərəbistanının neft ixracatının coğrafi strukturuna nəzər salaq.

Səudiyyə Ərəbistanından 2023-cü ildə neft ixracı 211,54 milyard dollar və ya dünya neft ixracının 16,3%-ni təşkil edib. Neft ixracatının əsas istiqamətləri isə aşağıdakı kimi olub: Çin (23,2%), Yaponiya (15,5%), Cənubi Koreya (12,6%), Hindistan (10,1%) və Tayvan (4%). Yəni birlikdə ixracın 32,1%-ni təşkil edən Səudiyyə neftinin ən böyük idxalçılarından üçü nəinki BRİKS+a aid deyil, onlaraın bu birliyə qoşulmaq ehtimalı da yoxdur.

Beləliklə, Yaponiya ümumiyyətlə "köhnə" inkişaf etmiş kapitalist, qərbyönlü iqtisadiyyata malikdir, Tayvan və Cənubi Koreya isə inkişaf etmiş bazar iqimtisadiyyati ölkələridir. Bu iki ölkə Yaponiyadan çox sonra yuksək inkişaf mərhələsinə çatsa da, həmişə qərbyönlü olublar. Lakin BRICS+un üzvləri olan Hindistan və Çin bir qədər böyük faizə malikdirlər - toplam 33,3%.

2022-ci il üçün ilk on idxalçı haqqında məlumatları götürsək, mənzərə daha maraqlıdır. Reytinq sıralamasına Səudiyyə Ərəbistanından neft tədarük edən aşağıdakı ölkələr daxildir:

Çin: 56,1 milyard dollar (23,8%)

Yaponiya: 34,2 milyard dollar (14,6%)

Hindistan: 32,7 milyard dollar (13,9%)

Cənubi Koreya: 32,5 milyard dollar (13,8%)

ABŞ: 16,6 milyard dollar (7,05%)

Tayvan: 10,2 milyard dollar (4,35%)

Malayziya: 5,54 milyard dollar (2,35%)

Hollandiya: 4,65 milyard dollar (1,97%)

Polşa: 4,59 milyard dollar (1,95%)

Tayland: 4,54 milyard dollar (1,93%)

Əsasən NATO və Avropa İttifaqına daxil olan Qərb iqtisadiyyatları, eləcə də onlara rəğbət bəsləyən inkişaf etmiş iqtisadiyyatlar (Yaponiya, Cənubi Koreya, Tayvan) Səudiyyə Ərəbistanı ixracatının 46,36%-ni təşkil edir. Bu göstəricı üzrə BRICS+ üzvləri olan Hindistan və Çin - 37,7%, neytral Malayziya və Tailand 4,28% paya malikdir. Qalan ixrac istiqamətləri cəmi 11,66% təşkil edir və görünüdüyü kimi, ayrı-ayrılıqda Səudiyyə iqtisadiyyatı üçün strateji əhəmiyyətə malik deyil.

Bu məsələdə Səudiyyə Ərəbistanında neft ixracı gəlirləri baxımından ən böyük şirkətlərin sırası da az maraqlı deyil (2023-cü ilin nəticələrinə əsasən məlumat):

Saudi Aramco (Səudiyyə Ərəbistanı): 121,3 milyard dollar

Schlumberger (ABŞ): 28,09 milyard dollar

Halliburton (ABŞ): 23,01 milyard dollar

Petro Rabigh (Səudiyyə Ərəbistanı): 11,1 milyard dollar

Weatherford-Cielo (ABŞ): 5,13 milyard dollar

Consolidated Contractors Company (Yunanıstan, lakin Yaxın Şərq mənşəli): 5,1 milyard dollar

Tasnee Petrochemical Co. (Səudiyyə Ərəbistanı): 917,2 milyon dollar

Topaz Marine (Türkiyə): 802,1 milyon dollar

Rotary Engineering Pte. Ltd. (Sinqapur): 172 milyon dollar

Dalma Enerji(Oman): 32 milyon dollar

Ümumiyyətlə, Səudiyyə Ərəbistanının ən böyük neft korporasiyaları 133,3 milyard dollarlıq neft ixrac edib. İxracda NATO və Avropa Birliyinə üzv olan ölkələrin şirkətləri 62,1 milyard dollar paya malikdir.

Müəyyən mənada Türkiyə BRİKS+ və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaq arzusunu ifadə etsə də, o iki cəbhədə oynamağa alışmış istisna bir ölkədır. Lakin NATO-ya üzv olmaqla belə, ölkəni Qərb iqtisadiyyatlarından tamamilə ayırmaq mümkün deyil.

Fakt budur ki, neftin ixrac istiqamətləri baxımından belə bir nisbətlə Səudiyyə Ərəbistanı "qlobal Cənub" iqtisadiyyatlarından daha çox "kollektiv Qərb" və Asiya-Sakit Okean regionunun əlaqəli iqtisadiyyatlarından asılıdır.

Bəli, nəzəri cəhətdən Səudiyyə Ərəbistanı hətta ŞƏT-ə də daxil ola bilər, ancaq bu halda onun anti-NATO mahiyyəti aydın şəkildə görünəcək. Göründüyü kimi, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Qərb neft şirkətlərinin ölkənin ixrac strukturunda və ÜDM-də xeyli payı var.

Qərbdə və ABŞ-da ŞƏT kimi BRİKS+a da anti-Qərb strukturu kimi baxılır. Baxmayaraq ki, bu, belə deyil. BRİKS+ sadəcə olaraq inkişaf etməkdə olan iqtisadiyyatların birliyindən başqa bir şey deyil. Onların artımı “köhnə” inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək göstəricilər nümayiş etdirir.

Bütün bu qeyd edilənləri nəzərə alsaq, Səudiyyə Ərəbistanının BRİCS+dan nədən üz döndərdiyini aydın başa düşmək olar. Yəni bir qədər də konkretllşdirsək, Səudiyyə Ərəbistanının bu addımı ABŞ və kollektiv Qərbdən ciddi asılı olması səbəbindən irəli gəlir. BRİCS+ Qərbdən və ABŞ-dən narazı olan dünya dövlətlərinin birliyi kimi xarakterizə edilirsə, onlardan kəskin asılı olan Səudiyyə Ərəbistanı, əlbəttə, bu birlikdə təmsil edilə bilməz. Səudiyyə Ərəbistanının bu addımı ölkənin siyasi-iqtisadi maraqlarından doğur.

Akif NƏSİRLİ





Seçilən
38
baki-xeber.com

1Mənbələr