İran Prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29-da iştirak edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, İran Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyası (COP29) çərçivəsində bir sıra görüşləri baş tutacaq.
İran nümayəndə heyətinə Prezident rəhbərlik edəcək.