AZ

Məşhur futbolçudan nümunəvi davranış

İspaniya millisinin sabiq futbolçusu Roberto Soldado təqdirəlayiq addım atıb.

Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı veteran hücumçu Valensiyadakı dağıdıcı qasırğadan zərər çəkmiş insanlara kömək edib. Keçmiş forvard üç il bu şəhərin eyniadlı komandasının formasını geyinib.

Qeyd edək ki, İspaniya millisində 12 oyun keçirmiş R. Soldado ölkəsində “Real Madrid”, “Xetafe”, Levante”, “Qranada”, İngiltərədə “Tottenhem” və Türkiyədə “Fənərbağça” komandalarında da oynayıb.


Seçilən
25
sportnet.az

1Mənbələr