AZ

"İran Azərbaycanla sərhəd dəhlizinin açılmasına maraq göstərmir"- AÇIQLAMA

İran Prezidenti Məsud Pezeşkian regional dəhlizlərin açılmasının vacibliyini bildirib. Dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub dəhlizi dəmir yolu xəttinin başa çatdırılmasının da əhəmiyyətini vurğulayıb.

Niyə illərdir bu yolun açılması həyata keçmir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, İran hakimiyyətinin müxtəlif bəhanələr göstərməsi səbəbindən körpünün açılması gecikir.

"İran hakimiyyəti Araz çayı üzərindən körpünün tikilməsi və yolun açılmasının tərəfdarıdır. O ki, qaldı Şimal Cənub dəhlizinin açılmasına, bu yolun açılması və bu istiqamətdə ideyanın reallaşması 20 ildən çoxdur ki, Tehran hakimiyyətinin yarıtmaz fəaliyyəti, müxtəlif bəhanələr göstərməsi səbəbindən gecikir. İndiyə qədər bu istiqamətdəki tikintiyə, bu layihəyə qoyulan sərmayələrə görə, bu yol çoxdan açılmalı idi. Sadəcə olaraq Şimal-Cənub nəqliyyat yolunun fəaliyyətə başlaması Azərbaycanın regionda çəkisini artırır. Çünki Tehran oxşar bir layihəni Ermənistandan da açmaq istəyir. Yəni Ermənistanın guya Körfəzə və investorlara çıxışını asanlaşdırmaq üçün, eləcə də özünün Ermənistan vasitəsilə Avropaya çıxışını asanlaşdırmaq üçün layihəni həyata keçirməyə çağırır. Amma indiyə qədər o layihə ilə bağlı sadəcə olaraq tərəflər bəyanat verib. Amma layihəylə bağlı heç bir məlumat yoxdur".

Politoloqun sözlərinə görə, bu məsələnin reallaşmamasının əsas səbəbi İranın dəhlizin işləməsinə can atmamasıdır.

"İran tərəfi həmişə bunu müxtəlif bəhanələrlə gecikdirir. Bunlar ya maliyyə çatışmazlığı, ya layihənin hazır olmaması və başqalarıdır. Son bir ildə Şimal cənub dəhlizinin açılması ilə bağlı fikirlər və fəaliyyət artıb. Məsələn, Ənzəli və Qəzvin istiqamətində yolların çəkilməsi, tikintinin aparılması, Astara çayı üzərində körpünün salınması kimi məsələlər onun sürətlənməsinə təsir göstərə bilər. Amma istər Pezeşkianın istərsə də İbrahim rəisinin dövründə hələ ki, real bir iş yoxdur. Real iş onda olacaq ki, İran ərazisindən Çin, Hindistan, Asiya və hətta ərəb ölkələrindən yüklər İrandan Azərbaycana, Azərbaycandan Rusiya və Avropaya daşınma olacaq. Bu məsələdə İran tərəfi hələ də gözləmə mövqeyindədir. Hesab edirəm ki, İran tərəfi daha çox, həm də Rusiyaya etibar etmir. Çünki həmin yüklərin Rusiya ərazisindən Avropaya çatdırılmasında müəyyən problemlər ola bilər". 

Türkan İSGƏNDƏRLİ

Seçilən
88
50
redaktor.az

10Mənbələr