AZ

DİQQƏT! QİYMƏTİ "OD TUTUB YANAN" ÇƏRƏZLƏR NECƏ SAXLANILIR?

Demək olar ki, ölkəmizdə bir çox mağazalarda çeşidli növlərdə çərəzlər, meyvə qurularının satışına rast gəlirik.Bu məhsullar milli mətbəximizin tərkib hissəsinə aiddir. Lakin bir çox hallarda çərəzlərin satış prosesində gigieynik qaydalar gözlənilmir. Adətən həmin məhsullar çəki ilə satılarkən üzəri açıq qalır. Nəzərə alsaq ki, cərəzlərin qiyməti də bahadır. Alıcılar təzə çərəzləri necə müəyyən edə bilər? Bunun üçün nələrə diqqət etmək lazımdır? Ümumiyyətlə qida təhlükəsizliyi üçün belə məhsullar necə və hansı şəraitdə saxlanılmalıdır?  



Mövzu ilə bağlı qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa SalamovReferans.az" target="_blank"> Referans.az-a açıqlamasında bildirib ki, çərəzlərin saxlanılması qaydası mövcuddur. Bu məhsulları saxlayarkən nisbi rütubətlik 60 dərəcədən yuxarı olmamalıdır.  Bundan başqa isə  quru meyvələrin saxlanılmasında məhsulun yararlı olmasına nəzarət lazımdır.  Bəzi mağazalarda müşahidə zamanı məlum olur ki, məhsul çoxdur lakin satış çox azdır.  Çərəzlər uzunmüddətli və açıq rəflərdə qaldıqda məhsullarda kiflənmə prosesi gedir. Buna görə də çərəzlərin satışı zamanı bu xüsusi qaydalara riayət olunmalıdır.


Ağa Salamov onu da bildirib ki, alıcıların çərəzləri alarkən bilməli olduqları məqamlar var. Çərəzlərin dadında acılıq varsa və ya xoşagəlməz qoxu hiss olunursa bu məhsuldan uzaq durmaq lazımdır. Təbii ki, quru meyvələrin öz təbii və spesifik iyi olmalıdır. 





"Adətən böyük marketlərdə çərəzlər üzəri açıq şəkildə satılır. Bu yolverilməzdir. Belə məhsulların üzəri mütləq örtülü qalmalıdır. Çünki çərəzlər hava və damcı yolu ilə gələn viruslarla insanlar üçün təhlükəli ola bilər. Nəzərə alsaq ki, bir çox insan quru meyvələri yumadan birbaşa istifadə edir. Buna görə də xüsusilə immun sistemi zəif olan insanlar belə hallarda bakteriyalara yoluxa bilərlər. Bir daha qeyd edirəm ki, quru meyvələrdən istifadə zamanı son dərəcədə diqqətli olmaq lazımdır",- deyə ekspert əlavə edib.




Bünyamin Bünyadzadə

Referans.az

Seçilən
39
referans.az

1Mənbələr