İsrail ordusu Qəzzada dinc əhaliyə qarşı hücumlarını davam etdirir.
"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Lahiyaya növbəti hücuma keçib.
Səhiyyə rəsmiləri iki evi hədəf alan hava hücumu nəticəsində azı 7 fələstinlinin öldüyünü və çoxlu sayda insanın yaralandığını bildirib.
İsrail qüvvələri 395 gündür Qəzza zolağına hücumlarını davam etdirir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda bölgədə 3 hücumda 33 fələstinlinin həyatını itirdiyi, 156 fələstinlinin isə yaralandığı bildirilib.