AZ

Harris seçkilərdə saxtakarlığa əl atır? - AÇIQLAMA

ABŞ-də elektron səsvermələrdə texniki problemlərin yaşanıldığı iddia edilir. Belə ki, seçicilər Trampa səs vermək istəyərkən, səs avtomatik Kamala Harrisə yönləndirilir.

Bəs seçkilər bu yolla saxtalaşdırıla bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan  politoloq Turan Rzayev bildirdi ki, seçkilər yaxından izlənildiyi üçün Harrisin saxtakarlığa əl atması, inandırıcı deyil.

"Amerika Birləşmiş Ştatlarındakı prezident seçkiləri təkcə bu ölkə ilə bağlı deyil, dünya ictimaiyyətinin də gündəmindədir. Xüsusilə də siyasi və geosiyasi proseslərin gələcək seyri baxımdan seçkilərin nəticəsi olduqca önəmlidir və buna görə də yaxından izlənilir. Təbii olaraq dünyada yeniliklər və yeni trendlər fonunda elektron səsvermələr də baş verir. Burada texniki problemlərin olması başa düşüləndir. Amma bu ABŞ-də olanda artıq planetar səviyyədə əhəmiyyətli bir seçki olduğu üçün burada müəyyən versiyalar və fikirlər irəli sürülür. Şübhəsiz ki, Trampa səs verənlərin Harrisə səs vermiş olması bu texniki bir məsələ də ola bilər. Buna birmənalı şəkildə müdaxilə etmək demək doğru olmaz. Düzdür, seçki zamanı belə bir halın baş verməsi istər-istəməz şübhə doğurur və bu öz növbəsində diqqət çəkir. Digər tərəfdən Harrisin belə bir şeyə ehtiyacı varmı? Məncə, yoxdur. Amerika Birləşmiş Ştatları tarixində onun seçilməsi ilə ilk yaşana bilər. Harris də daha çox Amerika kimi bir patriarxal ölkədə qadın simasını daha çox ön plana çıxarır. Bunun öncəsində də əslində xatırlayırsınızsa, Trampın qarşısında yenə qadın namizəd olmuşdu və həmin vaxtda Tramp qələbə qazanmışdı. Əslində Harris həm də öncəki seçkinin bir növ revanşı kimi Trampa yeni bir qadının qalib gələ biləcəyi mesajını verməyə çalışır".

Turan

Politoloqun sözlərinə görə, Amerikada bir qadın prezidentin seçilməsi, ölkənin siyasi dinamikasına zidd bir qərar olacaq.

"Hesab edirəm ki, mövcud seçkilərdə Harrisin şansı böyükdür, amma Trampın qələbə qazanmaq şansı daha çoxdur. Çünki Trampın vədləri və populyarlığı Harrisdən daha ön plandadır. Harrisin dəstəkçiləri daha çox üst elit təbəqədir. Amma Trampı dəstəkləyənlər daha çox aşağı təbəqəli insanlardır. Çox təəssüf ki, gündəmdən çıxarılıb, amma ABŞ-də hələ də Harris və Bayden əleyhinə aksiyalar davam etməkdədir. Bundan başqa Trampın yaralanması, onun prestijinə təsir edən məqamlardandır. Bu baxımdan hesab edirəm ki, bu tipli cəhdlər ümumi nəticəyə təsir etməz. ABŞ ştatlarında seçkiyə müdaxilə etmək, seçkinin nəticələrini dəyişmək kimi ucuz taktikalara əl atılması məsələsi real deyil. Əgər ABŞ-nin demokratik institutu zədələnməsi, onun prestijinin korlanması deməkdir. Amerikadakı qocaman siyasətçilər, beyin mərkəzləri hələ də patriarxal düşüncə tərzindədir. Onlar yeniliyi qəbul etmirlər. Amma digər tərəfdən də yenilikçi bir prezident, yoxsa yeni bir qadın prezidentin seçilməsi arasında, yəni Trampı daha çox üstün tutarlar. Tramp hər nə qədər yenilikçi biri olsa da, digər tərəfdən də bir milyarderdir və onun sərvətlərinin əldən çıxmasını istəməyəcəklər. Buna görə də Amerikadakı güc mərkəzlərinin dediyini yerinə yetirə bilər. Amma Amerikada bir qadın prezidentin seçilməsi artıq bu ölkənin siyasi dinamikasına zidd bir qərar olacaq".

Türkan İSGƏNDƏRLİ

Seçilən
13
redaktor.az

1Mənbələr