İspaniya Mülki Qvardiyası kral VI Felipe və baş nazir Pedro Sançesin Valensiyadakı Paiporta bələdiyyəsinə səfəri zamanı baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb.
Bu barədə "Diario de Sadiz" qəzeti məlumat yayıb .
Bir gün əvvəl məlum olmuşdu ki, VI Filipp Valensiyanın daşqından zərər çəkmiş bölgələrinə səfərini yerli sakinlərin İspaniya monarxlarına və onları müşayiət edən rəsmilərə palçıq atan etirazlarına görə yarımçıq qoyub. Onu qatil adlandırıb rayondan “çıxmasını” tələb ediblər. Nəticədə polis vəziyyətə müdaxilə etməli olub.