AZ

Qubada gənclər üçün “Şəxsi inkişaf festivalı” təşkil olunub

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Quba, o cümlədən Qubada təhsil alan gənclər üçün “Şəxsi inkişaf festivalı” təşkil olunub. Festival Azərbaycan Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış niqtini ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev və GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev səsləndirib. “Gənclərin şəxsi inkişafına dəstək” mövzusunu əhatə edən festivalda 4 spiker fərqli aspektlərdən çıxış edərək gənclərə şəxsi inkişaf və karyera quruculuğunda incə bacarıqların (komanda işi, ünsiyyət, liderlik və s. bacarıqlar), o cümlədən yerli və beynəlxalq arenada könüllü və təcrübə proqramlarına müraciət etməyin əhəmiyyətini bildirib.

İlk spiker: ADPU-nun Quba filialının tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayev – “VİSA Nədir” – Şəxsi inkişafda dəyər, bacarıq və istedadların rolu”, ikinci spiker: Təlimçi, Bakı Dövlət Universitetinin karyera məsləhətçisi Mələkxanım Qurbanova – “Gələcəyə bir bilet” – İnkişaf xəritənə uyğun hərəkətə keç”, üçüncü spiker: ADPU-nun Quba filialının ümumi fənlər kafedrasını baş müəllimi, keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva – “Öyrənmə metodları” – Gəncləri müasir öyrənmə metodları haqqında məlumatlandırmaq” və dördüncü spiker təlimçi, karyera məsləhətçisi, Quba regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi Vəfa Rüstəmova – “Şəxsi inkişafa ilk addımlar” – Tələbəlik illərinin səmərli və faydalı keçirilməsi” mövzularında çıxış ediblər. Sonda spikerlər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.

Mətləb Salahov

Seçilən
52
sia.az

1Mənbələr