AZ

Xəzərin İran sektorunda "AZIREX-2024" birgə təlimi keçirilib

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin 4 noyabr tarixli məlumatında bildirilir.

Əvvəlcə "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.

Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib, deyə məlumatda bildirilir.

Daha əvvəl Müdafiə Nazirliyi Azərbaycan tərəfdən təlimlərdə iki hərbi gəminin və 100 nəfərə qədər şəxsi heyətin iştirak etdiyini açıqlamışdı.

Seçilən
49
37
turan.az

10Mənbələr