Yaponiya DSN 3 (Kirameki 3) rabitə peykini ölkənin özünümüdafiə qüvvələrinin maraqları üçün orbitə çıxarıb. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Buraxılış Yaponiyanın yeni H3-22S raket daşıyıcısı vasitəsilə ölkənin cənub-qərbindəki Kaqosima prefekturasındakı Taneqasima buraxılış meydançasından Tokio vaxtı ilə saat 15:48-də həyata keçirilib. Təxminən 30 dəqiqə sonra kosmik gəmi orbitə buraxılıb. Dörd tonluq peyk peyk radiorabitələrində istifadə olunan santimetr dalğa uzunluqlarının X diapazonlu tezliklərində rabitəni təmin etmək üçün avadanlıqla təchiz edilmişdir. Bildirilir ki, buraxılış 50 milyon dollar dəyərindədir.