AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov Avropa Konfrans Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Avropa Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Serkl Brügge” (Belçika) görüşünün UEFA nümayəndəsi Emin Cəfərov olacaq.
Linz şəhərində yerləşən “Oberösterreyç Arena”da təşkil olunacaq görüş noyabrın 7-də baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə gecə yarısı (00:00-da) start veriləcək.