İran Prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak edəcək.
"Cebheinfo.az" apa-ya istinadən xəbər verir ki, İran nümayəndə heyətinə Prezident Məsud Pezeşkian rəhbərlik edəcək.
İranın Azərbaycandakı səfirliyi məlumatı təsdiqləyib.
Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.
"Cebheinfo.az"