AZ

Azərbaycan banklarının qeyri-faiz gəlirləri 23,6% artıb

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan bank sektorunda 1 milyard 222milyon manat qeyri-faiz gəliri əldə edilib.

Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 233.5milyon manat və ya 23.6% çoxdur.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bank sektorununqeyri-faiz gəliri 988 milyon 500 min manat təşkil edib.

Hesabat dövründə bankların qeyri-faiz xərcləri isə 1 milyard 952milyon manat olub.

Qeyd edək ki, ötən ilin oktyabrın 1-nə Azərbaycan banklarınınqeyri-faiz xərcləri 1 milyard 675 milyon manat olub.

Seçilən
19
2
az.trend.az

3Mənbələr