İndoneziyada Levotobi vulkanının püskürməsi səbəbindən dörd hava limanı müvəqqəti bağlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin sözçüsü Abdul Muxariyə istinadən bildirib.
Vulkan külünün yayılması nəticəsində Labuan Baco şəhəri yaxınlığında yerləşən Komodo Beynəlxalq Hava Limanından 14 reys təxirə salınıb.
Levotobi Laki-Laki vulkanının püskürməsi bazar ertəsi gecə başlayıb və 2 min metr hündürlüyə kül atması ilə müşayiət olunub.
Səlahiyyətlilər vulkan püskürməsi nəticəsində zərər çəkmiş 14 kənddən 10 200-dən çox insanı təxliyə edib.