AZ

"Volkswagen" yaşlı işçilərinə mükafat verməyəcək

“Volkswagen” ən yaşlı işçilərini mükafatsız buraxmaq niyyətindədir

Alman avtomobil istehsalçısı "Volkswagen" xərclərini azaltmaq üçün ən yaşlı işçilərinə bonuslar verməyi dayandırmaq niyyətindədir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

"Avropanın ən böyük avtomobil istehsalçısı elan edilmiş xərclərin azaldılması proqramının bir hissəsi olaraq, xüsusilə uzunmüddətli xidmət üçün bonusları ləğv etmək istəyir, baxmayaraq ki, 10 min işçi tezliklə onları almalıdır", deyə nəşr yazıb.

İşçilər ilə bağlanmış müqaviləyə əsasən, onlar "Volkswagen"də 25 il işlədiyinə görə 1,45 aylıq əmək haqqı, 35 il ərzində isə 2,9 aylıq əmək haqqı məbləğində mükafat almaq hüququna malik idilər.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts bəyan etmişdi ki, bir sıra "Volkswagen" fabriklərinin bağlanması konsernin rəhbərliyinin səhv qərarları ilə bağlıdır.

İtkilərlə mübarizə çərçivəsində konsern Almaniyada ən azı üç fabrikini bağlamağı və işçilərini ixtisar etməyi planlaşdırırdı. Ən böyük risk bu yaxınlarda "Porsche"dən əlavə sifarişi itirmiş Osnabrückdəki VW zavodudur.

Sentyabr ayında şirkət 30 ildən artıqdır mövcud olan işə zəmanət sistemini dayandırıb. Operativ səbəblərə görə işçilərin ixtisarı 2025-ci ilin ortalarından mümkündür.

Paşa Məmmədli

Seçilən
27
valyuta.az

1Mənbələr